“Liverpul” liderliyini möhkəmləndirdi
22.12.2018 , 09:14

İngiltərə Premyer Liqasında 18-ci tura start verilib. İlk oyun günündə bir görüş keçirilib. Lider “Liverpul” səfərdə “Vulverhempton”la qarşılaşıb.
Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xalını 48-ə çatdıran mersisaydlılar liderliyini möhkəmləndirib. “Mançester Siti” 44 xalla 2-ci, “Tottenhem” 39 xalla 3-cü, “Çelsi” 37 xalla 4-cü, “Arsenal” isə 34 xalla 5-cidir.
21 dekabr
İngiltərə Premyer Liqası, 18-ci tur
“Vulverhempton” – “Liverpul” – 0:2
Qollar: Salah, 18, Van Dayk, 68
