“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.
Premyer Liqa təmsilçisi Almaniyanın “Leypsiq” klubunun futbolçusu Nəbi Keytanı transfer edib. Müqaviləyə əsasən 22 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından etibarən İngiltərə klubunda çıxış edəcək
“Liverpul” qvineyalı futbolçunun transferi üçün Bundesliqa təmsilçisinə 52 milyon avro ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferi olacaq.
