“Liverpul” ilin komandası, Klopp ilin məşqçisi
22.12.2020 , 16:31

BBC 2020-ci ilin ən yaxşı komandası və məşqçisinin adını açıqlayıb.
Korner.az xəbər verir ki, “Liverpul” ilin ən yaxşı komandası, Yurgen Klopp isə ən yaxşı məşqçi seçilib.
Kloppun rəhbərliyi altında İngiltərə təmsilçisi ötən mövsüm son 30 ildə ilk dəfə Premyer Liqanın qalibi olub.
