“Liverpul” futbolçusunu icarəyə göndərdi
07.08.2019 , 17:45

“Liverpul” futbolçusu Harri Uilsonu icarəyə verib.
Korner.az xəbər verir ki, futbolçu “Bornmut”la müqavilə bağlayıb. Harri 1 mövsümlük “Bornmut”da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan futbolçu ötən mövsüm “Derbi”də icarə əsasında oynayıb və 40 oyuna 15 qol vurub.
