“Liverpul” Elliotu onunla əvəzləyəcək
07.04.2025 , 14:30

“Liverpul” yarımmüdafiəçisi Harvi Elliotu sata bilər.
Korner.az xəbər verir ki, Mersisayd nəhəngi yeni mövsümdə futbolçunu komandada saxlamaq istəmir.
İngiltərəli oyunçunun satışı baş tutmasa, London nəhəngi onu icarəyə göndərəcək.
Xarici KİV yazır ki, “Liverpul” Elliotu “Barselona”nın 21 yaşlı futbolçusu Fermin Lopeslə əvəzləməyi düşünür.
Hazırda onun transfer dəyəri 50 milyon avrodur.
