“Liverpul” Çempionlar Liqasında “Real” qarşısına əsas hücumçusuz çıxacaq
03.11.2025 , 18:40
UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunda “Liverpul” “Real” qarşısına əsas hücumçusuz çıxacaq.
Korner.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, zədəsi olan Aleksandr İsak oyunda iştirak edə bilməyəcək. İsveçli futbolçu oyunöncəsi son məşqdə də iştirak etməyib.
26 yaşlı forvard bu mövsüm “Liverpul”un heyətində 8 rəsmi oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, matç Bakı vaxtı ilə sabah saat 00:00-da başlayacaq.