“Liverpul” bu futbolçu üçün 47,2 milyon avro tələb edir
07.05.2025 , 14:15

“Liverpul” yarımmüdafiəçisi Harvi Elliotta qiymət qoyub.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi 22 yaşlı futbolçu üçün 47,2 milyon avro tələb edir.
İngiltərəli oyunçu bu mövsüm 25 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
