“Liverpul” bu dəfə onu istəyir
19.05.2025 , 23:35

“Bornmut”un sol cinah müdafiəçisi Miloş Kerkezi “Liverpul”un transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mersisayd təmsilçisi macarıstanlı futbolçu üçün danışıqlara başlayıb.
Yaxşı təklif gələrsə, 21 yaşlı oyunçu “Liverpul”a keçməyə razılıq verəcək.
Miloş Kerkezi 2023-cü ilin yayından “Bornmut”da çıxış edir.
