“Liverpul” Borussiya”nın futbolçusunu transfer edir?
11.03.2025 , 21:08

“Liverpul”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İngiltərə nəhəngi “Borussiya”da çıxış edən Niko Şlotterbeki heyətinə cəlb etmək istəyir.
Mersisayd təmsilçisi almaniyalı müdafiəçini Vircil van Deykin əvəzləyicisi kimi olaraq görür.
Premyer Liqa klubu 25 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
