Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, artıq dəvət alan daha bir klub – İngiltərə “Liverpul”u turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.
Xatırladaq ki, buna qədər “Fənərbaxça” (Türkiyə) və “Lokomotiv” (Moskva, Rusiya) III Qəbələ Kubokunda iştirak barədə rəsmi razılıq vermişdi. 29 may – 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
