“Liverpul” 7 futbolçusunu satmağa hazırlaşır
24.07.2018 , 11:48

“Liverpul” bu yay 7 futbolçusunu satmağa hazırlaşır.
Klub oyun təcrübəsi çox olmayan Divok Oriqi, Simon Minyole, Denni İnqs, Marko Qruiç, Lazar Markoviç, Pedro Çirivelya və Oluvaseyi Odjunu satışa çıxaracaq. “Liverpul” bu oyunçularında satışından 70 milyon funt sterlinq qazanmağı planlaşdırır.
Qeyd edək ki, bu yay Alisson, Fabinyo, Habi Keyta və Şakirini alan “Liverpul” bu transferlərə ümumilikdə 162.4 milyon funt sterlinq xərcləyib.
