“Liverpul” 4 futbolçunun gedişini rəsmən açıqladı
18.05.2023 , 11:09

“Liverpul” mövsümün sonunda komandadan ayrılacaq 4 futbolçusunun adını rəsmən açıqlayıb.
Korner.az xəbər xəbər verir ki, İngiltərə nəhəngi Nabi Keyta, Ceyms Milner, Roberto Firmino və Aleks Oksleyd-Çemberlenlə yollarını ayırıb.
Futbolçular müqavilələrini başa vurduqdan sonra bu yay komandadan ayrılacaqlar.
