“Liverpul” 3 xalı 3 qol ilə qazandı – VİDEO
06.04.2019 , 11:30

İngiltərə Premyer Liqasında 33-cü turun görüşləri başlayıb.
Çempionluğa namizədlərdən “Liverpul” səfərdə “Sauthempton” klubu ilə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə “Liverpul”u yenidən liderliyə yüksəldib.
5 aprel, cümə
İngiltərə Premyer Liqası
“Sauthempton” – “Liverpul” 1:3
Qollar: 9′ Sheyn Lonq (1:0), 36′ Nabi Keyta (1:1), 80′ Məhəmməd Salah (1:2), 87′ Cordan Hendersen (1:3)
