“Liverpul” 2 futbolçusunun xidmətindən istifadə etməyəcək
18.02.2025 , 21:07

“Liverpul” İngiltərə Premyer Liqasının 26-cı turunda “Aston Villa” keçiriləcək görüşə itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi bu oyunda müdafiəçi Co Qomeslə, vinger Kodi Qakponun xidmətindən istifadə edə bilməyəcək.
Bu barədə komandanın baş məşqçi Arne Slot yerli mətbuata açıqlamasında deyib.
Sabah keçiriləcək “Aston Villa” – “Liverpul” qarşılaşmasına Bakı vaxtı ilə saat 23:30-da start veriləcək.
