Livakoviç iki klubun hədəfində
19.06.2024 , 13:55

“Fənərbağça”nın xorvatiyalı qapıçısı Dominik Livakoviç yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, “Seltik”in qolkiperi transfer etmək istəyi bildirilir.
İngiltərə mətbuatında çıxan xəbərlərdə, Livakoviçlə Premyer Liqanın yeni komandası “İpsviç Taun”un da maraqlandığı qeyd olunub.
“Fənərbağça” ötən mövsüm qapıçı üçün Zaqreb “Dinamo”suna 6 milyon 650 min avro ödəyib.
Məlumata görə, “Seltik” və “İpsviç” klubları oyunçu üçün 10 milyon avrosundan keçməyə hazırdır.
