Livakoviç “Fənərbağça” üçün gəlir
22.08.2023 , 16:54

“Fənərbağça” uzun müddətdir gözlənilən qapıçısı Dominik Livakoviçin transferini başa çatdırmaq üzrədir.
Korner.az xəbər verir ki, xorvatiyalı qapıçının İstanbula gələcəyi bildirilir.
Bu barədə jurnalist İzak Ante Suçiç məlumat yayıb.
Onun xəbərinə görə, İstanbul klubunun Zaqreb “Dinamo”sunun qolkiperi Livakoviçin transferi ilə bağlı razılığa əldə etdiyi və onun çərşənbə günü Türkiyəyə gələcəyi gözlənilir.
