big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Lisenziyalaşdırma qrupunun hesabatı: açılan sandıqlar, tökülən pambıqlar – LAYİHƏ

31.10.2016 , 17:32

Layihə çərçivəsində hazırladığımız ilk yazıda lisenziyalaşdırma prosesinin ilbəil daha da ciddiləşdiyini, UEFA-nın bu işə daha çox önəm verməyə başladığını qeyd etmişdik. Bunu istər Azərbaycanda, istərsə də digər ölkələrdə yerli federsiyaların liqalarda çıxış etmək üçün müraciət edən klublara verdiyi rədd cavablarının çoxluğu da sübut edir. Hətta adlı-sanlı, sanballı klubların da bu işdə “ilişməsi” faktları mövcuddur.
AFFA-nın klubların lisenziyalaşdırma üzrə 2016-cı ildə təqdim etdiyi hesabatda yer alan faktlar da göstərir ki, artıq lisenziya almaq əvvəlki illərdəki kimi asan deyil. Prosesin nə qədər çətinləşdirilib-çətinləşdirilmədiyini, bürokratik əngəllərin yaradılıb-yaradılmadığını klubların rəsmiləri ilə gələcək müsahibə-açıqlamalardan biləcəksiz. Biz isə hələ ki rəsmi statistik məlumatları incələməklə davam edək…

PL lisenziyası: almaq istəyən çox, ala bilən az!

Son altı ilin statistik məlumatları göstərir ki, Premyer Liqaya vəsiqə üçün müraciət edən, ancaq imtina cavabı alanların sayı ilbəil artmaqdadır. Məsələn, 2010-cu ildə yüksək dəstədə oynamaq iştahası qabaran 4 kluba “yox” cavabı verilib. Növbəti iki ildə bu say müvafiq olaraq 3 və 2-yə ensə də, 2013-cü ildən yenidən rədd cavabı alanların sayında artım başlayıb. Həm 2013, həm də 2014-cü ildə 6 klubun Premyer Liqa arzusu gözündə qalıb. 2015-ci ildə bu say 5 idisə, bu il yenidən 6 klub kənarda qaldı. 

Bəs bu qədər klubun yüksək dəstədə oynamaq arzusu niyə nakam qalır? Səbəblər müxtəlif olsa da, aşağı-yuxarı aydındır: kimisi sadəcə ərizə yazıb, ancaq müvafiq sənədlərin ya heç birini, ya da hamısını toplamayıb, kimisi də xüsusilə maliyyə meyarında “ilişib” və s. 

“Qarabağ”ın “ilişdiyi” meyar

Lisenziyalaşdırma qrupunun hazırladığı hesabatda meyarlar üzrə statistik göstəricilər də yer alır ki, burada da kifayət qədər maraqlı, kölgədə qalan problemləri görmək mümkündür.  Məsələn, 2016-17-ci il lisenziyalaşdırma mövsümündən etibarən UEFA lisenziyası üçün müraciət edən klubların qızlardan ibarət komanda qurması artıq “İdman meyarları”na daxil edilib. Premyer Liqa lisenziyası üçün müraciət etmiş “Xəzər Lənkəran” və “Sumqayıt”da qızlardan ibarət komandalar var. “Neftçi” ilə “Qəbələ” qızlardan ibarət komanda təşkil etdiyi halda, “Qarabağ”, AZAL, “Kəpəz” və “Zirə” bu tələbi yerinə yetirməyib. “İnter” isə ötən mövsüm sahib olduğu komandaları azad edib. Meyarın tələblərinə cavab verməmiş klublara Lisenziya Komissiyası tərəfindən sanksiyalar tətbiq olunub. Maraqlı məqam ondan ibarətdir ki, qızlardan ibarət komandanın yaradılması “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın 19-cu maddəsində “B” dərəcəli meyar kimi təsbit olunub. Və 18-ci maddənin 2-ci bəndinə əsasən, UEFA lisenziyası almaq istəyən klub qızlardan ibarət komandanı şəxsən formalaşdırmaya da bilər: “Hər hansı müəssisə, təşkilat, futbol məktəbinin və s. gənclər komandaları lisenziya iddiaçısını təmsil etdiyi halda, bu cür əməkdaşlıq yazılı müqavilə ilə təsdiq olunmalıdır”. Yəni, məsələn, bu meyarı yerinə yetirməyən “Qarabağ”, AZAL, “Kəpəz” və “Zirə” qızlardan (özü də yaş məhdudiyyəti qoyulmadan) ibarət komandanı klubun bazasında təşkil etməyə də bilər. Bu meyarı hər hansı qızlardan ibarət komandanı müqavilə əsasında himayəyə götürmək və beləliklə, sanksiyaya məruz qalmamaq olardı.

Uşaq komandalarının sayı azalır

Lisenziyalaşdırma qrupunun hazırladığı hesabata görə, Premyer Liqada çıxış edən klubların nəzdində olan uşaq-gənclər komandaların sayında azalma var. Belə ki, 2014-15-ci illər lisenziyalaşdırma mövsümündə Premyer Liqada çıxış edən klubların nəzdində olan uşaq-gənclər komandaların sayı 89, növbəti mövsümdə 91, cari mövsümdə isə 85 olub. 

Lisenziyalaşdırmanın “İdman meyarları”nda Premyer Liqada iştirak edən komandaların “Gənclər futbolunun inkişafı proqramı”na sahib olması zərurəti göstərilib. Özü də “A” dərəcəli meyar kimi. Meyarlar barədə növbəti yazılarımızda ətraflı danışacağıq. Lakin burda qısaca olaraq qeyd edək ki, sözügedən proqramın etibarlılıq müddəti minimum 3, maksimum 7 ildir. Bəs Premyer Liqanın ötən mövsümündə iştirak edən klublarımızın proqramları neçə illikdir? 

İnfoqrafikadan da göründüyü kimi, “Sumqayıt” ən uzunmüddətli  (7 illik) proqrama sahibdir. Şəxsi akademiyaya sahib olan “Qəbələ” və “İnter” isə minimum şərti ödəməklə bu meyarı təmin edib. 

Azarkeş ilğımı və ya nə yaxşı varsan, “Kəpəz”!

Lisenziyalaşdırma qrupunun 2015-16-cı illər mövsümü üzrə hesabatının infrastruktur meyarları üzrə statistik göstəricilərinə əsasən,Premyer Liqanın 2014-2015-ci illər mövsümündə azarkeşlərin sayı hər oyunda orta hesabla 1398 nəfər idisə, ötən mövsüm bu rəqəm təxminən 84% artaraq, 2580 nəfərə çatıb. Yox, düşünməyin ki, bu qədər böyük yüksəliş Premyer Liqamıza azarkeş marağının artmasından qaynaqlanır. Qətiyyən! Saydakı kəskin fərqi yalnız və yalnız “Kəpəz”ə borcluyuq. Təsəvvür edin, ötən mövsüm Qərb təmsilçisinin hər ev oyununda orta hesabla 13.369 nəfər izləyib ki, bu da digər doqquz klubun ümumilikdə hər oyuna orta hesabla topladığı azarkeşlərin ümumi sayından (12432 nəfər) çoxdur! Daha bir maraqlı fakt isə hətta yarımcan halı ilə “Xəzər Lənkəran”ın ötən mövsüm çempion “Qarabağ”dan da, digər medalçılar
“Qəbələ” və “Zirə”dən də, adlı-sanlı “Neftçi”dən də azı 2 dəfə çox azarkeş toplamasıdır. Hesabatda bu mövzudakı daha üç məqam:
– Xəzər Lənkəran (17.16%), Qarabağ (15.43%), Neftçi (10%), Sumqayıt (8.33%) klublarında azarkeş sayının artımı müşahidə olunur;
– Qəbələ (-20%) və İnter (-20%) klublarında azarkeş sayının azalması qeydə alınıb;
– AZAL azarkeşlərinin sayında kəskin dəyişiklik baş verməyib (22 nəfər artıb).

Aşağıdakı infoqrafika klublarımızın azarkeş probleminin portretidir. Ötən mövsüm “Sumqayıt”ı çıxmaqla, digər klubların heç biri stadionu tam doldurmaq məsələsində 100 faizlik nəticə göstərə bilməyib (tünd yaşıl rəng stadiona gələn orta tamaşaçı sayını, açıq yaşıl rəng isə boş qalan oturacaqların orta sayını göstərir). Acınacaqlı mənzərənin dolayısı ilə müəllifi olan klublar, yəqin ki, bundan sonra da papaqlarını ortaya qoyub fikirləşməyəcəklər…

Hesabatda infrastruktur meyarları üzrə statistik göstəricilər içərisində futbolumuzun və bütövlükdə dünya futbolunun ən böyük bəlalarından biri olan süni örtüklü meydançalarla bağlı məlumat da yer alıb. Cari mövsümdə Premyer Liqada çıxış etmiş komandaların 50 faizinin arenasının qazonunun süni, 50 faizinin arenasının qazonunun isə təbii olması hər iki “cəbhə” üçün kifayət qədər böyük problemlər yaşadır və bunu “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukun timsalında baş məşqçilərin giley dolu açıqlamaları da sübut edir. 
Lisenziyalaşdırma prosesi çərçivəsində stadionlarda görülmüş işlərdən danışarkən “Kapital Bank Arena”da Media tribunanın və 1 ədəd əlavə bayraq dirəyinin, AZAL-ın stadionunda əlil azarkeşlər üçün sanitar qovşağın quraşdırılmasını, azarkeşlər üçün olan oturacaqların tam şəkildə nömrələnməsini, azarkeşlər üçün ilk tibbi yardım güşəsinin ayrılmasını, “İnter Arena”da azakeşlər üçün ilk tibbi yardım güşəsinin ayrılmasını, klubların stadionlarda olan müəyyən çatışmazlıqlarla bağlı öhdəlik götürməsini də qeyd etmək lazımdır.

Sponsorlar simicləşir, PL biletləri satılmır ki, satılmır…

Maliyyə meyarları üzrə statistik göstəricilər də ölkə futbolunun real durumunu ifadə edir. Lisenziyalaşdırma qrupunun hazırladığı hesabata əsasən, 2015-ci ildə klubların ümumi gəlirləri (manat hesabında) keçən ilə nisbətən 3% azalıb. 2013-2014-cü illərdə sponsorlar klubların ümumi gəlirlərinin 91%-ni təmin edib. 2015-ci ildə isə bu rəqəm 77% olub. Bunun əsas səbəbi sponsorlardan daxilolmaların azalmasıdır. Digər səbəb isə 2 klubumuzun – “Qarabağ” və “Qəbələ”nin UEFA-nın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasıdır. Məhz buna uyğun olaraq UEFA-dan daxilolmalar 7%-dən 20%-ə yüksəlib. Gəlirlərlə bağlı digər statistik göstəricilərə gəlincə, 2014-cü ildə klubların kommersiya və digər əməliyyatlardan gəlirləri 1% idisə, ötən il bu rəqəmdə cüzi artım olub – 2%. Bilet satışından daxilolmalarda isə heç bir dəyişiklik müşahidə edilməyib. Həm 2014-cü, həm də 2015-ci ildə klubların gəlirlərində bilet satışı cəmi 1% təşkil edib.
Hesabatda yer alan Premyer Liqa yarışlarına bilet satışından gəlirlərin klublara görə bölgüsü də çox mətləblərdən xəbər verir. Statistikaya görə, 2014-cü və 2015-ci illərdə bilet satışından gəlirlərin müvafiq olaraq 82%-i və 77%-i "Xəzər Lənkəran"ın payına düşüb. "Neftçi"nin payı isə nisbətən artıb. 2014-cü ildə bilet satışından gəlirlərin 2%-i "ağ-qaralar"ın payına düşürdüsə, 2015-ci ildə bu göstərici 6%-ə yüksəlib. 
UEFA-nın yarışlarına bilet satışından gəlirlərə gəlincə, bu göstəricidə "Qarabağ" şəkksiz liderdirlər. Baxmayaraq ki, az da olsa, azalma var. 2014-cü ildə avrokubok oyunlarına bilet satışından gələn gəlirlərin 88%-i "köhlən atlar"ın payına düşürdüsə, ötən il bu göstərici 82%-ə enib. Əvəzində, "Qəbələ" 2014-cü ildəki 1%-lik payını 15%-ə çatdırıb. "Neftçi"nin bu bölgüdəki payı isə 8%-dən 1%-ə düşüb. Azalma "İnter"də də olub – 3%-dən 2%-ə.
Ümumiyyətlə, Lisenziyalaşdırma qrupunun hesablamalarına görə, Premyer Liqa oyunlarına bilet satışından gəlirlər 17%, UEFA-nın yarışları üzrə isə 133% artıb.

(ardı var)

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Son yazılar

To Top