big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Lisenziyalaşdırma prosesi “Zirə”nin gözündə – LAYİHƏ

30.11.2016 , 18:08

AFFA yanında Media Komitəsinin elan etdiyi layihə əsasında hazırladığımız ilk yazılarda klublarda lisenziyalaşdırma işinin əhəmiyyəti, üstünlükləri, bu sahədə Azərbaycandakı mövcud durum və s. haqda şəxsi müşahidələrimizə əsaslanan məlumatlar vermişdik. AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla müsahibəmiz isə məsələyə, klublarımızın bu prosesə yanaşma tərzinə rəsmi prizmadan baxış idi. Elçin bəylə söhbətimiz bir çox mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, indiyədək klublarımızın lisenziyalaşdırma işini kimə gəldi tapşırırmışlar. Ki, bu da bütün dünyada 2000-ci illərin əvvəllərində başlayan bu işin Azərbaycanda hələ indi-indi təşəkkül tapmağa başlamasına səbəb olub. Amma Lisenziyalaşdırma qrupunun rəhbərinin açıqlamaları gələcəklə bağlı müsbət düşünməyə də əsas verdi. Çünki indi həm qrup özü getdikcə işini təkmilləşdirib, həm də klublarımızın məsələyə yanaşmasında müsbət çalarlar hiss olunmağa başlayıb. Və əslində, başqa cür mümkün də deyil. Dövrlə ayaqlaşmayanların sonu ayaq altında qalmaq olub həmişə…

Klublarımızın “məlumat simicliyi” 

Lisenziyalaşdırma işinə rəsmi prizmadan sonra istədik, klubların baxış bucağından da baxaq. Bu məsələdə yaşadıqları, qarşılaşdıqları problemləri öyrənək, təklif və rəylərini öyrənək. Və Topaz Premyer Liqasının cari mövsümündə çıxış edən klublara aşağıdakı sualları ünvanladıq ki, lisenziyalaşdırma menecerləri cavablandırsınlar:

– Klubunuz lisenziyalaşdırma prosesinə ilk dəfə neçənci ildə (hansı mövsümdən) qoşulub? 
– Bu işlə məşğul olan meneceriniz kimdir (ali təhsili, ixtisasartırma kurslarında iştirakı, bu sahədəki təcrübəsi və s. məlumatlar)?
– İndiyədək lisenziyalaşdırma prosesində klubunuz sanksiya ilə üzləşibmi? Üzləşibsə, neçə dəfə üzləşib və hansı meyar üzrə tələbi yerinə yetirmədiyinizə görə?
– 2014-2015-ci illər mövsümü ilə müqayisədə 2015-2016-cı illə mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?
– Klubunuzun hazırkı vəziyyəti hansı meyarın tələblərini ödəməkdə sizə çətinliklər yaradır? Mümkünsə, bəndlər üzrə qeyd edin.
– Sizcə, bu gün hansısa meyarlar üzrə əlavə və ya dəyişikliklərə ehtiyac varmı?
– Növbəti mövsüm hansı meyarlar üzrə göstəricilərinizi daha da yaxşılaşdırmağı planlaşdırırsınız?

Sualları tərtib edərkən hər şeyi ən incə detalınadək düşünmüşdük. İlk növbədə AFFA-nın futbol klublarının lisenziyalaşdırma siyasəti haqda bəyanatındakı məlum "Azərbaycanda lisenziyalaşdırma sisteminin nüfuzunu qoruyub saxlamaq üçün bütün iştirakçılar etik normalara, həmçinin bitərəflik və məxfilik prinsiplərinə riayət edirlər. Bu tələblərdən hər hansı pozulduğu halda müvafiq şəxs sərt şəkildə cəzalandırılır." şərtinədək. Ancaq… Bəzi klubların lisenziyalaşdırma menecerləri məhz həmin bəyanatı əsas göstərərək, daş atıb başlarını tutdular ki, “məxfilik prinsinə əsasən biz məlumatları ictimaiyyətə açıqlaya bilmərik”, “yalnız AFFA-nın Lisenziyalaşdırma qrupuna hesabat göndərmək səlahiyyətimiz var” və s. Halbuki bizim sualların bir çoxuna ümumilikdə Azərbaycan klubları prizmasından həmin Lisenziyalaşdırma qrupunun hazırladığı hesabatda cavablar var idi. Bizim istədiyimiz isə həmin ümumi məlumatları klublara görə təsnifləndirməkdən başqa bir şey deyildi. Qısası, inandıra bildiklərimiz inandıra bilmədiklərimizdən az oldu. Doğrudur, əksəriyyətindən cavablar almışıq. Ancaq cavabların həm məzmunu, həm də lakonikliyi klublarımızın “məlumat simicliyi”ni göstərir. Ümid edirik, Elçin Məmmədovun lisenziyalaşdırma prosesinə ilbəil daha ciddi yanaşdıqlarını iddia etdiyi klublarımız indiyədək “kölgə”də qalmış bu mövzunu gələcəkdə – bizdən sonra “qurdalayacaq” həmkarlarımıza qarşı daha açıq olacaqlar…

Başıbəlalı “Zirə”nin örnək lisenziyalaşdırma meneceri

Başlayaq bu il məhz lisenziya ala bilmədiyi üçün avrokuboklara yolu bağlanan “Zirə”nin cavablarından. Ötən ilin debütantı lisenziyalaşdırma işinə hələ 2014-2015-ci illər mövsümündən başlayıb. Həmin vaxt klub Birinci divizionda çıxış edirdi və hədəf Premyer Liqaya yüksəlmək idi. Həmin mövsüm qarşıya qoyulan məqsəd həm meydanda, həm də hüquqi cəhətdən həll edilmişdi – komanda ilk ilindəcə Premyer Liqaya yüksəlmişdi. TPL-də keçən 2015-2016-cı illər mövsümü bəlkə də Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu “Zirə” üçün. Komanda boyundan yuxarı tullanaraq debüt ilindəcə gümüş medalları boynundan asdı. Bütün gözlərini UEFA Avropa Liqasına vəsiqəyə dikdikləri bir vaxtda qarşılarına böyük əngəl qoyuldu – klub AFFA-nın təşkil etdiyi yarışlarda (TPL və Birinci divizionda) 3 il çıxış etməmişdi. Və bu səbəbdən “Zirə”nin avrokuboklarda iştirak sevdası puç oldu – komandaya lisenziya verilmədi. Ancaq bu mövsüm klubun qarşısında belə bir əngəl olmayacaq və bu səbəbdən UEFA yarışlarında iştirak üçün də AFFA-ya ərizə təqdim olunub. 
Klubların lisenziyalaşdırılması haqda qaydalara əsasən, lisenziyalaşdırma üzrə menecer klubda başqa vəzifə də tuta bilər. “Zirə”də artıq iki ildir ki, bu işi mətbuat katibi – Elman Himayətoğlu yerinə yetirir. Digər həmkarlarından fərqli olaraq, suallarımıza kifayət qədər dolğun cavab verən Elman bəy ali təhsillidir və həmkarımızdır (bəlkə də cavablarının dolğun olmasının səbəbi də elə budur), 15 illik mətbuat təcrübəsi var (10 il TV, 5 il qəzet) və AFFA-nın lisenziyalaşdırma üzrə seminarlarında iştirak edib. Son seminarda digər bütün dinləyicilər kimi sertifikat alıb, keçirilən sınaq imtahanından uğurla çıxıb.

 

“TPL-çilər”in dərdi birdir: qızlar komandası

“2014-2015-ci illər mövsümü ilə müqayisədə 2015-2016-cı illə mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?” sualına cavabında Elman bəy deyir ki, ötən il bu prosesdə klubun durumu hər hansı problem yaratmayıbsa, deməli, böyük çatışmazlığımız olmayıb: “Sadəcə, bir çox sahələrdə klub olaraq inkişafa ehtiyac var və bu yolda həmişə işlər görülməlidir. Biz də daim buna çalışırıq. Əsasən kadr məsələlərində və infrastrukturda inkişafa nail olmuşuq. Bəzi meyarlarla bağlı dəyişikliklər var, bəziləri daha da sərtləşib, ya da “B” dərəcəli meyarlar siyahısından “A” dərəcəli meyarlar siyahısına keçirilib. Odur ki, tələblər hər il dəyişə və ya arta bilər. Ona görə də klublar da inkişaf etməyə çalışmalıdırlar”. Bəs klubun hazırkı vəziyyəti “Zirə”nin lisenziyalaşdırma menecerinə hansı meyarın tələblərini ödəməkdə çətinliklər yaradır? Elman bəyin sözlərinə görə, həm təmsil etdiyi klubu, həm də digər əksər klublarımızı hazırda  qayğılandıran yalnız bir məsələ var: qızlardan ibarət komandaya sahib olmaq. Sitat: “Əslində, lisenziyalaşdırma göründüyü qədər qəliz proses deyil. Sadəcə, klub onda hər şeyin qaydasında olduğunu rəsmi şəkildə göstərməlidir. Qızlardan ibarət bir komandanın olması şərti var ki, bu klubların çoxu üçün ən çətin bənddir. Ancaq hələ vaxtımız var”. 

Haşiyə: Qızlardan ibarət komandanın yaradılması “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın 19-cu maddəsində “B” dərəcəli meyar kimi təsbit olunub. Və 18-ci maddənin 2-ci bəndinə əsasən, UEFA lisenziyası almaq istəyən klub qızlardan ibarət komandanı şəxsən formalaşdırmaya da bilər: “Hər hansı müəssisə, təşkilat, futbol məktəbinin və s. gənclər komandaları lisenziya iddiaçısını təmsil etdiyi halda, bu cür əməkdaşlıq yazılı müqavilə ilə təsdiq olunmalıdır”. Bu meyarı "Zirə" ilə yanaşı, “Qarabağ”, AZAL və “Kəpəz” yerinə yetirə bilməmişdi. Halbuki qaydalara görə, klublar qızlardan ibarət komandanı öz bazasında təşkil etməyə də bilər. Bu meyarı hər hansı qızlardan ibarət komandanı müqavilə əsasında himayəyə götürmək mümkündür. Üstəlik, bu qızlar üçün konkret yaş məhdudiyyəti də qoyulmayıb.

 

Təklif var

Digər həmkarlarından fərqli olaraq, Elman bəy lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsi üçün təklif də verir: “Ötən il bəzi proseslər iki dəfə edilirdi. Ancaq indi Lisenziyalaşdırma qrupu digər şöbələrlə əlaqəli işləyir deyə, müəyyən əlavə işlər aradan qalxıb. Məsələn, futbolçuların qeydiyyatı ilə bağlı əlavə işlər çıxırdı. İndi AFFA-da qeydiyyat onlayndır. Yalnız əsas və əvəzedici komanda, demək olar, iki dəfə qeydiyyatdan keçirilir. Klub futbolçu və texniki heyəti PFL-də ayrı sifariş etdikdən sonra onları onlayn qeydiyyat vasitəsi ilə AFFA-nın məlumat bazasına daxil edir. Gələcəkdə onlar da bu prosesi ümumiləşdirsələr, yaxşı olar”.
“Zirə”nin lisenziyalaşdırma meneceri ona ünvanladığımız sonuncu – “Növbəti mövsümdə hansı meyarlar üzrə göstəricilərinizi daha da yaxşılaşdırmağı planlaşdırırsınız?” sualına xüsusilə üç meyar üzrə inkişafa xüsusi diqqət yetirilməli olduğunu düşünür: “Kadr-inzibati, idman və infrastruktur meyarları daim yaxşılaşdırılmalıdır. Yəqin ki, hər bir klubda buna ehtiyac var. İnkişaf etmək istəyirsənsə, daim hər sahədə yaxşılaşmağa can atmalısan”. 

P.S. TPL-in cari mövsümdəki digər iştirakçılarının lisenziyalaşdırma üzrə menecerlərinin cavablarını növbəti yazılarımızda diqqətinizə çatdıracağıq. Təbii, əgər hamısı cavab versə… 

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Son yazılar

To Top