big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Lisenziyalaşdırma prosesi: “Neftçi”nin “ilk”i, AZAL-ın təşəkkürnaməsi və cəriməsi – LAYİHƏ

27.12.2016 , 17:44

AFFA yanında Media Komitəsinin elan etdiyi layihə əsasında hazırladığımız ilk yazılarda klublarda lisenziyalaşdırma işinin əhəmiyyəti, üstünlükləri, Azərbaycanda bu sahədəki mövcud durum və s. haqda şəxsi müşahidələrimizə əsaslanan məlumatlar vermişdik. AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla müsahibəmiz isə məsələyə, klublarımızın bu prosesə yanaşma tərzinə rəsmi prizmadan baxış idi. Elçin bəylə söhbətimiz bir çox mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, indiyədək klublarımızın lisenziyalaşdırma işini kimə gəldi tapşırırmışlar. Ki, bu da bütün dünyada 2000-ci illərin əvvəllərində başlayan bu işin Azərbaycanda hələ indi-indi qurulmasına səbəb olub. Amma Lisenziyalaşdırma qrupunun rəhbərinin açıqlamaları gələcəklə bağlı müsbət düşünməyə də əsas verdi. Çünki indi həm qrup özü getdikcə işini təkmilləşdirir, həm də klublarımızın məsələyə yanaşmasında müsbət çalarlar hiss olunmağa başlayıb. Və əslində, başqa cür mümkün də deyil. Axı dövrlə ayaqlaşmayanların sonu ayaq altında qalmaq olub həmişə…

Layihə əsasında hazırladığımız əvvəlki yazılarda Topaz Premyer Liqasında (TPL) çıxış edən 3 klubla – “Zirə”, “İnter” və “Sumqayıt” – yanaşı, Azərbaycan futbolu tarixində xüsusi çəkisi olan iki şəhəri – Şəmkiri və Tovuzu təmsil edən klubların da lisenziyalaşdırma prosesinə yanaşma tərzi, bu işi necə apardıqları, kimlərə həvalə etdikləri, proseslə bağlı fikir və təklifləri haqda danışmışdıq. Bu dəfə isə mövzunu müstəqilliyimizi bərpa etdikdən sonra ölkə çempionatlarının hamısında iştirak etmiş “Neftçi” və Premyer Liqaya gəldiyi gündən ad dəyişiklikləri ilə daha çox yadda qalan, çempionluq arzusu son turda “dirək”dən qayıdan, cari mövsümdə isə uğursuz çıxış etməklə turnir cədvəlində “ağ-qaralar”a qonşu olan AZAL-la davam etdirəcəyik.
Beləliklə, hər iki kluba aşağıdakı ənənəvi suallarla müraciət etdik:
– Klubunuz lisenziyalaşdırma prosesinə ilk dəfə neçənci ildə (hansı mövsümdən) qoşulub? 
– Bu işlə məşğul olan meneceriniz kimdir (ali təhsili, ixtisasartırma kurslarında iştirakı, bu sahədəki təcrübəsi və s. məlumatlar)?
– İndiyədək lisenziyalaşdırma prosesində klubunuz sanksiya ilə üzləşibmi? Üzləşibsə, neçə dəfə üzləşib və hansı meyar üzrə tələbi yerinə yetirmədiyinizə görə?
– 2015-2016-cı illər mövsümü ilə müqayisədə 2016-2017-ci illər mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?
– Klubunuzun hazırkı vəziyyəti hansı meyarın tələblərini ödəməkdə sizə çətinliklər yaradır? Mümkünsə, bəndlər üzrə qeyd edin.
– Sizcə, bu gün hansısa meyarlar üzrə əlavə və ya dəyişikliklərə ehtiyac varmı?
– Növbəti mövsüm hansı meyarlar üzrə göstəricilərinizi daha da yaxşılaşdırmağı planlaşdırırsınız?

"Qoca çinar"ın daha bir "ilk"i

Siz onun yarıtmaz idarəçilik ucbatından düşdüyü bugünkü vəziyyətini boş verin. 80 illik yubileyinin astanasında olan qocaman “Neftçi”nin istər sovetlər, istərsə də müstəqillik dönəmində Azərbaycan futboluna qazandırdığı titulları da bir yana qoyun, yetişdirdiyi futbolçular saya gəlməz və biz də sadalamaq fikrindən uzağıq. Onun haqqında danışarkən “Avrokuboklarda qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu” epitetinin işlədilməsi kifayət edir ki, barəsində ilkin təəssürat yaransın…

“Ağ-qaralar” ölkədə 2004-cü ildə başladılan lisenziyalaşdırma prosesinin də öncüllərindən olub. Üstəlik, klub bu sahədə rekordçudur. Belə ki, “Neftçi” PFK yeganə klubdur ki, lisenziya almaq üçün AFFA-ya 13-dəfə müraciət edib və hamısında UEFA lisenziyası alıb. Flaqmanın lisenziyalaşdırma işini lisenziyalaşdırma üzrə meneceri  Zöhrab Hacıyev həyata keçirir. O, 11 ildir ki, bu sahədə fəaliyyət göstərir. Lisenziyalaşdırma işində nöqsanı olmadığına görə indiyədək heç bir sanksiya ilə üzləşməyən “ağ-qaralar”ın meneceri “2015-2016-cı illər mövsümü ilə müqayisədə 2016-2017-ci illər mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?” sualına cavabında deyir ki, “Neftçi” əsas, əvəzedici və bütün yaş qrupları üzrə komandaların məşqçilərini futbol təhsillərini artırmaq üçün mütəmadi olaraq müxtəlif kateqoriyalı məşqçilik kurslarına göndərir. Misal kimi isə Samir Əliyevin PRO kateqoriyalı məşqçi lisenziyası alması üçün klub tərəfindən hər cür şəraitin yaradıldığını şəraiti göstərir. Zöhrab Hacıyev klubun hazırkı vəziyyətinin meyarların tələblərini ödəməkdə heç bir çətinliklər yaratmadığını iddia edir və davamında deyir ki, növbəti mövsüm “flaqman” meyarların tələbləri ilə bağlı əsas diqqəti yeniyetmə və uşaq futbolunun inkişafına yönəldəcək.     

Adı bol, sanı hanı?

1996-ci ildə AMMK adı ilə (təsisçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal klubu kimi təsis edilən, növbəti il futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olan bugünkü AZAL PFK ad dəyişikliyinə ən çox məruz qalmış klublarımızdandır. 2004-cü ildə AFFA-da Peşəkar Futbol Klubu kimi qeydiyyatdan keçən AMMK həmin il 17 yaşlılardan ibarət milli komandanın bazasında Birinci dəstədə mübarizə aparıb. 2005-ci ilin avqust ayında klub adını "Olimpik"ə dəyişib və həmin il futbol üzrə ölkə çempionatında 12-ci yeri tutub. 2007-2008-ci illər mövsümündə çempionluğu son turda əldən verərək gümüş medalları boynuna biçən klub növbəti ad dəyişikliyini 2009-2010-cu illər mövsümündə edib: "Olimpik-Şüvəlan PFK-Bakı". Çox keçmədən klub AZAL adlandırılıb. Bütün bu tarixi faktları yenidən xatırlamaqda məqsəd 20 yaşlı “ağ-mavilər”in yaşadıqlarına ötəri nəzər salmaq idi.

Lisenziyalaşdırmaya gəlincə, klub bu prosesə 2005-ci ildən qoşulub. Onun lisenziyalaşdırma üzrə meneceri İlhamə Hacıyevadır və o, artıq 3 ildir ki, bu sahəyə rəhbərlik edir. İlhamə xanım ali təhsilli olmaqla yanaşı, AFFA-nın seminarlarında və treninqlərində iştirak edib, müvafiq sertifikat və diplomlar alıb. Hacıyeva deyir ki, bu sahədə fəalığına görə klub AFFA tərəfindən şifahi və yazılı təşəkkürlər alıb. Amma ötən yazılarda da qeyd etdiyimiz bir faktı yenidən təkrarlamağa ehtiyac var: AZAL-a lisenziyalaşdırma üzrə “B” dərəcəli meyar olan qızlardan ibarət komanda yaratmaq tələbini yerinə yetirmədiyinə görə ötən il 5000 manat cərimə kəsilib. Bununla belə, “təyyarəçilər”in lisenziyalaşdırma üzrə meneceri iddia edir ki, klubun hazırkı durumu bütün meyarlar üzrə tələbləri yerinə yetirməyə imkan verir. Hacıyeva deyir ki, ilk dəfə olaraq bu il biz Premyer Liqa yarışlarında iştirak üçün lisenziya almaq məqsədilə müraciət etmişik və göstəricilər minimal səviyyədə götürülüb. 

“Sizcə, bu gün hansısa meyarlar üzrə əlavə və ya dəyişikliklərə ehtiyac varmı?” sualına cavabında “idman və infrastruktur meyarları üzrə müzakirələr aparmaq olar”, – deyə cavab versə də, İlhamə xanım konkret hansı bəndlərin müzakirə mövzusu ola biləcəyini qeyd etmir. Və sonda AZAL-ın növbəti mövsüm hansı meyarlar üzrə göstəricilərini daha da yaxşılaşdırmağı planlaşdırdığını deyir ki, bu da klubun bugünkü durumu ilə birbaşa səsləşir: “Maliyyə vəziyyətinin yaxşılaşması və əlavə maliyyə mənbələrinin cəlb olunması istiqamətində iş aparılır”. 

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top