big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Lisenziyalaşdırma prosesi “İnter” və “Sumqayıt”ın gözündə – LAYİHƏ

11.12.2016 , 13:17

AFFA yanında Media Komitəsinin elan etdiyi layihə əsasında hazırladığımız ilk yazılarda klublarda lisenziyalaşdırma işinin əhəmiyyəti, üstünlükləri, Azərbaycanda bu sahədəki mövcud durum və s. haqda şəxsi müşahidələrimizə əsaslanan məlumatlar vermişdik. AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla müsahibəmiz isə məsələyə, klublarımızın bu prosesə yanaşma tərzinə rəsmi prizmadan baxış idi. Elçin bəylə söhbətimiz bir çox mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, indiyədək klublarımızın lisenziyalaşdırma işini kimə gəldi tapşırırmışlar. Ki, bu da bütün dünyada 2000-ci illərin əvvəllərində başlayan bu işin Azərbaycanda hələ indi-indi qurulmasına səbəb olub. Amma Lisenziyalaşdırma qrupunun rəhbərinin açıqlamaları gələcəklə bağlı müsbət düşünməyə də əsas verdi. Çünki indi həm qrup özü getdikcə işini təkmilləşdirib, həm də klublarımızın məsələyə yanaşmasında müsbət çalarlar hiss olunmağa başlayıb. Və əslində, başqa cür mümkün də deyil. Dövrlə ayaqlaşmayanların sonu ayaq altında qalmaq olub həmişə…
…Lisenziyalaşdırma işinə rəsmi prizmadan sonra istədik, klubların baxış bucağından da baxaq. Bu məsələdə yaşadıqları, qarşılaşdıqları problemləri öyrənək, təklif və rəylərini öyrənək. Və Topaz Premyer Liqasının cari mövsümündə çıxış edən klublara aşağıdakı sualları ünvanladıq ki, lisenziyalaşdırma menecerləri cavablandırsınlar:
– Klubunuz lisenziyalaşdırma prosesinə ilk dəfə neçənci ildə (hansı mövsümdən) qoşulub? 
– Bu işlə məşğul olan meneceriniz kimdir (ali təhsili, ixtisasartırma kurslarında iştirakı, bu sahədəki təcrübəsi və s. məlumatlar)?
– İndiyədək lisenziyalaşdırma prosesində klubunuz sanksiya ilə üzləşibmi? Üzləşibsə, neçə dəfə üzləşib və hansı meyar üzrə tələbi yerinə yetirmədiyinizə görə?
– 2015-2016-cı illər mövsümü ilə müqayisədə 2016-2017-ci illər mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?
– Klubunuzun hazırkı vəziyyəti hansı meyarın tələblərini ödəməkdə sizə çətinliklər yaradır? Mümkünsə, bəndlər üzrə qeyd edin.
– Sizcə, bu gün hansısa meyarlar üzrə əlavə və ya dəyişikliklərə ehtiyac varmı?
– Növbəti mövsüm hansı meyarlar üzrə göstəricilərinizi daha da yaxşılaşdırmağı planlaşdırırsınız?
Ötən yazıda da qeyd etmişdik, Premyer Liqa klublarımızın çoxu kifayət qədər sadə bu suallarımıza “simicliklər” yanaşdılar. Səbəb kimi məxfiliyin pozulmasını göstərdilər, amma bu sualların hansısa məxfiliyi poza biləcəyini sübuta yetirəcək kimsə tapılmadı. Əlqərəz, yalnız “Zirə”nin lisenziyalaşdırma meneceri, həm də mətbuat katibi Elman Himayətoğlu həmkarlarından fərqləndi ki, onun da cavablarını ötən yazımızda diqqətinizə çatdırmışdıq. Növbədə “İnter” və “Sumqayıt”dır. 

Cəzalı öncül və ya sabitlik tərəfdarı

“Bankirlər” lisenziyalaşdırma hərəkatının Azərbaycandakı öncüllərindəndir. Klub yarandığı ildən, yəni 2004-cü ildən bu prosesdə iştirak edir. Lisenziyalaşdırma işini də elə həmin ildən klubda çalışan Rüstəm Əliyev həyata keçirir deyə, bu sahədə kifayət qədər təcrübəsinin olduğunu düşünməyə əsas var. Əliyev ali təhsillidir və həm əsas komandanın, həm də uşaq komandalarının lisenziyalaşdırma işini aparır. AFFA-nın təşkil etdiyi seminarlarda klubun nümayəndələri mütəmadi iştirak edirlər.

“İnter” Azərbaycan Premyer Liqasında iştirak üçün tətbiq edilən lisenziyalaşdırma prosesində indiyədək “ilişməyib”. Ötən mövsümün ortalarında isə UEFA-dan gələn cəza səbəbindən bu mövsüm avrokuboklarda iştirakdan məhrum olunub və avtomatik olaraq avrokuboklarda iştirak lisenziyası da almayıb. “Bankirlər”in lisenziya meneceri deyir ki, klubda lisenziyalaşdırma işinə çox ciddi yanaşılır və bu hətta işə əlavə kadrlar da cəlb olunur. AFFA-nın bütün tələblərinə operativ reaksiya verilir və zəruri addımlar atılır. 

Bəs “2015-2016-ci illər mövsümü ilə müqayisədə 2016-2017-ci illər mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?” sualına Əliyevin cavabı qısadır: “Göstəricilərimiz sabitdir və lisenziyalaşdırma proseduruna uyğun fəaliyyət göstəririk”.

Əliyev iddia edir ki, klubunuzun hazırkı vəziyyəti hər hansı meyarın tələblərini ödəməkdə çətinlik yaratmır, əksinə, “İnter”PİK-in hazırkı vəziyyəti AFFA-nın tələblərinə cavab verir: “Klubumuz istər kadrlar, istərsə infrastruktur üzrə lisenziya tələblərinə cavab verir”.
Premyer Liqa və UEFA yarışlarında iştirak üçün müəyyənləşdirilmiş meyarlar üzrə hər hansı əlavə və ya dəyişikliklərə ehtiyac olmadığını düşünən “İnter”in lisenziyalaşdırma meneceri deyir ki, növbəti mövsüm lisenziyalaşdırma ilə bağlı tələbləri daha da yüksək səviyyədə yerinə yetirməyi düşünürük: “Bu, dayanmayan prosesdir və işimizi günün tələbləri səviyəsində qurmağı planlaşdırırıq”.

Yenilənən “Sumqayıt” Avropaya hazırlaşır

Azərbaycan futbolu üçün strateji şəhərlərdən olan Sumqayıt indi yalnız keçmişi ilə öyünə bilər. SSRİ dövründə hamı Gəncə haqqında danışarkən “Azərbaycan futbolunun Məkkəsi” epitetini işlədirdisə, heç tərəddüd etmədən “Gənclik şəhəri”ni “Azərbaycan futbolunun Mədinəsi” adlandırmaq olar. Sovetlər dönəmində bu şəhər futbol meydanlarında müxtəlif adlarla (həm futbolçuları, həm də klubları ilə) təmsil olunurdu. Müstəqillik dövrünün ilk illərində də bu ənənə yaşayırdı, ancaq “Standard”dan sonra şəhər bir il Premyer Liqadan kənarda qaldı. 2010-cu ildə “Sumqayıt” PFK yaradıldı və komanda Birinci divizionda iştirak edərək ölkə birincisi oldu. 2011-ci ildən Premyer Liqaya qayıdan klub lisenziyalaşdırma prosesinə 2011-2012-ci illər mövsümündən qoşuldu.

“Gənclik şəhəri”nin təmsilçisinin lisenziyalaşdırma işini Eldəniz Ağayev həyata keçirir. O, həm də klubun hüquqşünasıdır. Ali təhsilli olan lisenziyalaşdırma meneceri AFFA-nın təşkil etdiyi müvafiq kursda iştirak edib. Rus və ingilis dillərini mükəmməl bilir. İndiyədək lisenziyalaşdırma prosesində sanksiya ilə üzləşməyən klub 2015-2016-cı illər mövsümü ilə müqayisədə 2016-2017-cı illər mövsümünün Premyer Liqada iştirak üzrə tələblərini tam ödəmək üçün bəzi məsələlərdə yeniliklər edib. Məsələn, stadionda bəzi hissələr bərpa olunub və yenidən quraşdırılıb. Media-sektor əvvəllər 10 nəfər üçün düzəldilmişdisə, sonradan 25 yerədək artırılıb. Üstəlik, bu sektordakı stulların hər biri internet və elektrik yuvaları ilə tam təchiz olunub. Bundan başqa, oyundan sonra rahat işləyə bilmələri üçün jurnalistlər üçün stadionda iş otağı hazırlanıb. “Kapital Bank Arena”nın paltardəyişmə otaqlarına da “əl gəzdirilib”. 
Eldəniz Ağayev deyir ki, klubun hazırkı vəziyyəti Premyer Liqada iştirak üçün lisenziyalaşdırma üzrə meyarların tələblərini ödəməkdə çətinlik yaratmır. Əksinə,  indi “Gənclik şəhəri”nin təmsilçisi növbəti mövsüm UEFA-nın şərtlərinə uyğun müvafiq işlər görməyi planlaşdırır.

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Son yazılar

To Top