big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Lisenziyalaşdırma prosesi Azərbaycan futbolunun “pionerlər”inin gözündə – LAYİHƏ

22.12.2016 , 10:39

AFFA yanında Media Komitəsinin elan etdiyi layihə əsasında hazırladığımız ilk yazılarda klublarda lisenziyalaşdırma işinin əhəmiyyəti, üstünlükləri, Azərbaycanda bu sahədəki mövcud durum və s. haqda şəxsi müşahidələrimizə əsaslanan məlumatlar vermişdik. AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla müsahibəmiz isə məsələyə, klublarımızın bu prosesə yanaşma tərzinə rəsmi prizmadan baxış idi. Elçin bəylə söhbətimiz bir çox mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, indiyədək klublarımızın lisenziyalaşdırma işini kimə gəldi tapşırırmışlar. Ki, bu da bütün dünyada 2000-ci illərin əvvəllərində başlayan bu işin Azərbaycanda hələ indi-indi qurulmasına səbəb olub. Amma Lisenziyalaşdırma qrupunun rəhbərinin açıqlamaları gələcəklə bağlı müsbət düşünməyə də əsas verdi. Çünki indi həm qrup özü getdikcə işini təkmilləşdirir, həm də klublarımızın məsələyə yanaşmasında müsbət çalarlar hiss olunmağa başlayıb. Və əslində, başqa cür mümkün də deyil. Axı dövrlə ayaqlaşmayanların sonu ayaq altında qalmaq olub həmişə…

Cığıraçanlar

Layihə əsasında hazırladığımız son iki yazıda Topaz Premyer Liqasında (TPL) çıxış edən 3 klubun – “Zirə”, “İnter” və “Sumqayıt”ın lisenziyalaşdırma işini necə apardıqları, bu işi kimlərə həvalə etdikləri, bu proseslə bağlı fikir və təklifləri barədə ətraflı danışmışdıq. Digər TPL-çilərin mövqelərini növbəti yazılarda işıqlandıracağıq. Bu yazının subyekti isə Azərbaycanın futbol tarixinə öz ilkləri ilə damğa vurmuş, ölkə futbolu üçün böyük xidmətlər göstərmiş iki klub – “Turan-Tovuz” və “Şəmkir” olacaq. Bu iki klubu seçməyimiz heç də səbəbsiz deyil. Xatırlayırsızsa, layihə çərçivəsində hazırladığımız ilk yazılarda Topaz Premyer Liqasının cari mövsümündə iştirak etmək üçün AFFA-ya müraciət etmiş 7 Birinci divizion klubundan birinin “Turan-Tovuz” olduğunu (digərləri isə “Neftçala”, “Qaradağ Lökbatan”, “Şərurspor”, “Xəzər Şuşa-Qarabağ”, “Bakı” və “Zaqatala”dır),ancaq digərləri kimi, onun da “yox” cavabı aldığını diqqətinizə çatdırmışdıq. Yəni Tovuz təmsilçisi bu prosesin fəal iştirakçısıdır. “Şəmkir”in isə adının bu siyahıda olmamasına gəlincə, klub müraciətçilər arasında olmayıb.
Beləliklə, hər iki kluba TPL-çilərə göndərdiyimiz sualları ünvanladıq: 

– Klubunuz lisenziyalaşdırma prosesinə ilk dəfə neçənci ildə (hansı mövsümdən) qoşulub? 
– Bu işlə məşğul olan meneceriniz kimdir (ali təhsili, ixtisasartırma kurslarında iştirakı, bu sahədəki təcrübəsi və s. məlumatlar)?
– İndiyədək lisenziyalaşdırma prosesində klubunuz sanksiya ilə üzləşibmi? Üzləşibsə, neçə dəfə üzləşib və hansı meyar üzrə tələbi yerinə yetirmədiyinizə görə?
– 2015-2016-cı illər mövsümü ilə müqayisədə 2016-2017-ci illər mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?
– Klubunuzun hazırkı vəziyyəti hansı meyarın tələblərini ödəməkdə sizə çətinliklər yaradır? Mümkünsə, bəndlər üzrə qeyd edin.
– Sizcə, bu gün hansısa meyarlar üzrə əlavə və ya dəyişikliklərə ehtiyac varmı?
– Növbəti mövsüm hansı meyarlar üzrə göstəricilərinizi daha da yaxşılaşdırmağı planlaşdırırsınız?

62 yaşlı “axsaq”…

1954-cü ildə yaradılan Şəmkir təmsilçisi Latviya “Skonto”sunu məğlub etməklə adını ölkə futbolu tarixinə Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu kimi yazdırıb. Bu illər ərzində iki dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanan klub 2004-2005-ci illər mövsümündə dağılıb və indiyədək yüksək dəstəyə həsrət qalıb. 2009-cu ildə yenidən bərpa olunsa da, enişli-yoxuşlu yol keçib və ötən mövsümdən şəhər rəhbərliyinin dəstəyi sayəsində yenidən Birinci dəstədə çıxış etməyə başlayıb. Və görünən odur ki, komanda növbəti mövsümdən Premyer Liqada çıxış etmək iddiasında ciddidir. Odur ki, klubun lisenziyalaşdırma işinə münasibətini indidən öyrənmək lazımdır.
“Şəmkir” Azərbaycanda 2004-cü ildə başlayan lisenziyalaşdırma hərəkatının “pionerlər”indən olub. Klub həmin il lisenziya alsa da, yuxarıda da qeyd etdiyimiz kimi, növbəti mövsüm dağılıb. 

Qərb təmsilçisinin lisenziyalaşdırma üzrə meneceri Elgün Seyidovdur. Qol.az saytında çalışmış həmkarımız ali təhsillidir, jurnalistika fakültəsinin məzunudur. AFFA-nın lisenziyalaşdırma üzrə menecerlər üçün iki ay bundan əvvəl keçirdiyi kursda iştirak edib. Yuxarıda da qeyd etdiyimiz kimi, “Şəmkir” yalnız bir dəfə – 2004-cü ildə lisenziya üçün AFFA-ya müraciət edib və müsbət cavab alıb. Ondan sonra isə dağıldığından, bir daha lisenziya iddiasında olmayıb. 
Kluba ünvanladığımız üçüncü – “Klubunuzun hazırkı vəziyyəti hansı meyarın tələblərini ödəməkdə sizə çətinliklər yaradır?” sualına cavabında Elgün bəy Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziyalaşdırma üzrə qaydaların 26-cı maddəsini önə çəkir. “A” dərəcəli meyar kimi təsbit olunan bu maddə “Təlim-məşq obyektləri – istifadə imkanları” adlanır və aşağıdakı bəndləri özündə ehtiva edir:
“1. Lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümü ərzində öz sərəncamında təlim-məşq obyektlərinə malik olmalıdır.
2. Əgər lisenziya iddiaçısı təlim-məşq obyektinin sahibi deyilsə, o zaman o, istifadə edəcəyi təlim-məşq obyektinin və ya təlim-məşq obyektlərinin mülkiyyətçisi (mülkiyyətçiləri) ilə yazılı müqavilə təqdim etməlidir.
3. Lisenziya iddiaçısı zəmanət verməlidir ki, təlim-məşq obyektləri lisenziya iddiaçısının keçirdiyi gənclər futbolunun inkişafı proqramı çərçivəsində, onun bütün komandaları tərəfindən ərizə verilən lisenziyalaşdırma mövsümü ərzində istifadə oluna bilər. 
4. Lisenziya iddiaçısının əvəzedici (əgər tətbiq olunursa) və müvafiq gənclər komandaları AFFA və PFL tərəfindən keçirilən yarışlar çərçivəsində ev oyunlarını keçirmək üçün istifadə olunacaq stadionlar bu qaydalarda göstərilmiş tələblərə (Əlavə l, İ.34) cavab verməlidir.” 

Lisenziya üzrə menecer deyir ki, hazırda klubumuzun təlim-məşq obyektləri olmadığına görə bəzi çətinliklərlə üzləşirik. Əlbəttə, “külündən doğulan” klub üçün bu kimi problemin olması təbiidir. Amma Elgün bəy vəd edir ki, qısa zamanda bu məsələ öz həllini tapacaq. Və klubun növbəti mövsüm infrastrukturla bağlı bütün meyarlar üzrə göstəricilərini yüksəltmək istəyi məhz bundan qaynaqlanır. Yeri gəlmişkən, artıq komanda üçün yeni üçmərtəbəli bina ayrılıb. Klubun ofisi də həmin binada yerləşəcək.
“Şəmkir”in hazırkı lisenziyalaşdırma qaydalarına dəyişiklik etmək təklifi də var və kifayət qədər ağlabatandır: “Düşünürük ki, “A” dərəcəli meyar kimi qəbul olunmuş 25-ci maddənin (“Premyer Liqa yarışlarında iştirak etmək üçün təsdiqlənmiş stadion(lar)” 4-cü bəndində dəyişiklik edilsə, daha yaxşı olar. Məsələn, region klublarından bir-birinə yaxın olanlar ev oyunları üçün eyni stadiondan istifadə etsələr, futbolu Bakıdan “uzaqlaşdırmaq” olar”.

…Və sələfindən imtina edən xələf

Tovuz futbol məktəbinin Azərbaycan futbolundakı rolundan danışmağa başlasaq, roman olar. 1992-ci ildə təsis olunan bu rayonun ilk təmsilçisi “Turan” idi. O “Turan” ki Azərbaycanda ilk peşəkar futbol klubu kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, qızıl və gümüş əyarlı medalların hərəsini bir, “bürünc”ü isə iki dəfə boynuna biçib və ən nəhayət, ilk dəfə ölkəmizi avrokuboklarda təmsil edib (1994-cü ildə tovuzlular "Fənərbağça"ya hər iki oyunda məğlub olublar – 0:5,0:2)…
Uzun müddət maliyyə sıxıntısı yaşayan klub 2012-2013-cü illər mövsümündə turnir cədvəlinin sonuncu pilləsini tutaraq Premyer Liqa ilə vidalaşdı və dağıldı. Sonradan klubun adı dəyişdirilərək “Turan T” qoyuldu, Birinci divizionda mübarizə davam etdirildi, ancaq ötən mövsümün əvvəlində bəlli oldu ki, rayonu yeni klub – “Turan Tovuz” təmsil edəcək. İki ildir aşağı dəstədə mübarizə aparan komanda TPL-in cari mövsümündə iştirak üçün AFFA-ya müraciət etsə də, sonda istəyinə nail ola bilmədi. 

Hazırda “Turan Tovuz”un lisenziyalaşdırma işini klubun mətbuat katibi Süleyman Tağıyev həyata keçiriir. Yeniyetmə yaşlarından idman jurnalistikası sahəsində çalışan həmkarımız ali təhsilli olmaqla yanaşı, UEFA və AFFA-nın mətbuat katiblərinə təqdim etdiyi sertifikata, eyni zamanda lisenziyalaşdırma üzrə menecerlər üçün nəzərdə tutulan müvafiq sertifikata və bu sahədə tələb olunan iş təcrübəsinə sahibdir. 
“2014-2015-ci illər mövsümü ilə müqayisədə 2015-2016-cı illə mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?” sualına cavabında Süleyman bəy deyir ki, “Əslində, Birinci divizionda iştirak edən klublar üçün 4 aşağı yaş üzrə komanda kifayət edir. Onlardan yalnız biri müvafiq yaş qrupu üzrə yarışlarda iştirak etsə də, kafidir. Buna baxmayaraq ötən mövsümlə müqayisədə, U-16 oğlanlar komandası və U-16 qızlar komandası, eyni zamanda U-19 komandamız yaradılıb və AFFA-nın təşkil etdiyi yarışlarda iştirak edir. Yeni komandalarımızla yanaşı, klubumuzda U-10, U-11, U-12, U-13, U-14 komandalarımız da fəaliyyət göstərir, rəsmi yarışlarda uğurla çıxış edirlər.  Bundan başqa, bir neçə məşqçimiz UEFA-nın müvafiq məşqçi kateqoriyalarına sahibdir. Yəni “Gənclərin inkişaf proqramı”nda iştirak edən bütün məşqçilər lisenziyalaşdırma prosesinin tələblərinə uyğun kateqoriyaya malikdirlər”. 

“Turan Tovuz”un lisenziyalaşdırma meneceri iddia edir ki, klubun bir sıra meyarlar üzrə göstəriciləri hətta TPL iştirakçılarının göstəricilərindən geri qalmır, amma… Sitat: “İstər hüquq, istər infrastruktur, istərsə də kadr inzibati meyarlar üzrə klubumuz Premyer Liqa klublarından heç də geri qalmır. Hətta deyərdim ki, region klubu olmağımıza baxmayaraq, üstünlüklərimiz də var. Yeganə problem maliyyə ilə bağlıdır”. 
AFFA-nın Lisenziyalaşma qrupunun UEFA və FİFA-nın tələblərinə uyğun olaraq hər il yeniliklər etdiyini deyən klub rəsmisi hər hansı əlavə və dəyişiklik təklifi irəli sürmür. Və bildirir ki, Birinci divizionda mübarizə aparan klubun aşağı yaş qrupları üzrə 4 komandasının olması kafi qəbul edilsə də, “Turan Tovuz” yeni yaş qrupları üzrə komandalar yaratmağı planlaşdırır: “Növbəti mövsümdən bütün yaş qrupları üzrə komandalarımızın AFFA-nın yarışarında iştirakını təmin etmək, kəndlərdə qruplar yaratmaq və məqşçilərimizi biliklərini artırmaları üçün kurslara göndərmək istəyirik. Əlbəttə, maliyyə vəziyətimiz buna imkan versə…” 

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Son yazılar

To Top