big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Lisenziyalaşdırma – hər “ayağa uymayan yorğan” və ya klubların qorxulu röyası

23.10.2016 , 06:28

Lisenziyalaşdırma – son illər Avropa futbolunda klubların kabusuna çevrilmiş proses. Yəqin ki, bu təyin heç kimdə şübhə doğurmur. Yorucu, diqqət və peşəkarlıq tələb edən bu işin öhdəsindən heç də hamı gələ bilmir. İstər birinci divizion, istər yüksək dəstə, istərsə də UEFA bayrağı altında keçirilən yarışlarda iştirak hüququnu qazanmaq artıq hər oğulun işi deyil. Lisenziyalaşdırma prosesində qarşıya qoyulan hər hansı meyarın tələblərinə cavab verə bilmədinsə, gözünün yaşına baxmırlar – ya əlindəki peşəkar liqada iştirak lisenziyasını alır və səni aşağı dəstəyə yuvarlayırlar, ya da qapıları azı bir il müddətinə üzünə bağlayırlar. Hə, appelyasiya hüququn var, ancaq çox az klubun “protest”inin nəticəsi müsbət olur.

Avropa ailəsinin üzvü olan Azərbaycanda da vəziyyət ürəkaçan deyil və “köhnə qitə”dəki klubların başağrısı olan maliyyə meyarı burda da əməlli-başlı keçilməz səddə çevrilib. Layihə mövzusu ilə bağlı araşdırmalara başlamazdan əvvəl niyyətim AFFA-nın saytındakı “Lisenziya” bölməsinə daxil olub ölkə futbolunda lisenziyalaşdırma işinin necə aparıldığına qısaca nəzər salmaq idi. Amma bölmədəki məlumatlar və AFFA Lisenziyalaşdırma qrupunun fəaliyyəti o qədər peşəkarlıqla qurulub ki, “qısa tanışlıq” 5 saat çəkdi. Qrupun yaydığı hesabatları bir-bir incələdikcə ölkə futbolunda real mənzərəni tam fərqli rakursdan görmək mümkündür. 

Qrupun bəyanatı

Əvvəlcə başlayaq AFFA-nın futbol klublarının lisenziyalaşdırma siyasəti haqda bəyanatından. Qısa, yığcam və kifayət qədər aydın olan bəyanat lisenziyalaşdırma sistemi anlayışının tərifi ilə başlayır,lisenziyalaşdırma sisteminin prinsipləri və AFFA-nın bu işi həyata keçirərkən üzərinə götürdüyü öhdəliklər açıqlanır. Beləliklə:

“Lisenziyalaşdırma sistemi Azərbaycanda futbolun inkişafı üçün əsas vasitələrdən biridir. Biz bu sisteminin effektiv tətbiq olunmasını, klublara tələb olunan xidmətlərin göstərilməsini və vaxtında məlumatların çatdırılmasını öz üzərimizə götürürük.
Sistemin əsas prinsipləri – bitərəflik və məxfilikdir. Xüsusən bu prinsiplər qərarların qəbuluna aiddir. Biz təsdiq olunmuş vəsaitə əsasən lisenziyalaşdırma sistemini idarəetməyə öhdəmizə götürürük. Klublar yeni tətbiq olunmuş qaydalar və lisenziyalaşdırma prosesinə aid sənədlərlə bağlı daha ətraflı məlumatlar ilə mövsüm ərzində təşkil edəcəyimiz tədris seminarlarında və treninqlərdə təmin olunacaqlar.
 
Biz hər zaman çalışırıq ki, futbol klublarının lisenziyalaşdırma sistemi daim inkişaf etsin və daha da təkminləşdirilsin. Bunun üçün isə klublar tərəfindən lisenziyalaşdırma prosesinə münasibət bizim üçün çox vacibdir. Klublara göstərilən xidmətlərin daim təkmilləşdirilməsi və sistemin effektivliyinin daha da artırılması üçün biz klubların fikirlərini anketlər vasitəsi ilə öyrənib, onları təhlil edirik.
 
AFFA klubların lisenziyalaşdırılması sistemini müvafiq qaydalara əsasən tətbiq edir. Bundan savayı, biz lisenziyalaşdırma sistemində mövcud olan qaydalara, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə, FİFA ilə UEFA-nın qanunlarına riayət etməyi öhdəmizə götürürük.
 
Lisenziyalaşdırma sistemi çərçivəsində çalışan bütün əməkdaşları lisenziyalaşdırma sistemi ilə bağlı tələb olunan məlumatları internet, ekstranet və KİV vasitəsi ilə əldə edirlər.”

Bəyanatın davamında Lisenziyalaşdırma qrupunun üzvlərinin biliklərinin təkminləşdirilməsi məqsədi ilə mövsüm ərzində UEFA tərəfindən keçirilən seminarlarda iştirak etdikləri, lisenziyalaşdırma sisteminin bütün iştirakçılarının lazımi şəkildə təlimatlandırıldığı, onların vəzifələrinin ətraflı izah olunduğu, bilik və bacarıqlarının qiymətləndirmə və daxili audit zamanı yoxlanıldığı qeyd olunur. 

Sonda isə hüquqi məsuliyyət məsələsi yer alır: “Azərbaycanda lisenziyalaşdırma sisteminin nüfuzunu qoruyub saxlamaq üçün bütün iştirakçılar etik normalara, həmçinin bitərəflik və məxfilik prinsiplərinə riayət edirlər. Bu tələblərdən hər hansı pozulduğu halda müvafiq şəxs sərt şəkildə cəzalandırılır.”

Bəri başdan deyim ki, bəyanatı gəlişigözəl ifadələrlə bəzədilmiş mətn kimi görmək insafsızlıq olar. Fakt budur ki, Lisenziyalaşdırma qrupu, bəlkə də, AFFA-nın tək-tük işgüzar qrupundan biridir və işinin öhdəsindən kifayət qədər yaxşı gəlir. Qrupun artıq üçüncü ildir hazırladığı hesabat bunun əyani sübutudur. Ancaq bu barədə bir qədər sonra… 

Baş katibə bağlı olan qrup

AFFA-nın Lisenziyalaşdırma qrupunun təşkilati strukturu birbaşa AFFA-nın baş katibinə tabe olsa da, qrupa Elçin Məmmədov rəhbərlik edir. O, həm də Çempionlar Liqasıın oyunlarına direktor (UEFA Venue Director) kimi təyinat alır. Məmmədovun müavini İlqar Əliyevdir. Qrupun UEFA ilə əlaqələndiricisi isə Anar Kazımlıdır. Lisenziyalaşdırma qrupunun 6 əməkdaşı klublarımızın UEFA-nın müəyyən etdiyi 5 meyar üzrə təhlilini aparır. Maliyyə meyarı məsələlərinə Bəhram Dadaşov (baş ekspert) və Aynur Abdullayeva (ekspert) baxır. İnfrakstruktur meyarı üzrə ekspert Əmrah Rəhimli, kadr-inzibati meyar üzrə ekspert Bəhram Dadaşov, hüquq meyarı üzrə ekspert Günay Zamanlı, idman meyarı üzrə ekspert isə Anar Kazımlıdır. 

Son hesabatdan maraqlı faktlar

Lisenziyalaşdırma qrupunun bu ilin sentyabrında hazırladığı və ötən mövsümü əhatə edən hesabatda bir sıra maraqlı faktlar yer alır. Məsələn, hesabata görə, 2004-cü ildən etibarən klublara 120 lisenziya verilib. Bunlardan 85-i avrokubok, 35-i isə Premyer Liqa oyunlarında iştirak üçün olub. Hesabatdakı iki üzücü fakt var ki, bunlardan birincisi ötən mövsümlə müqayisədə uşaq-gənclər komandalarının sayının (7%), ikincisi isə klubların ümumi gəlir və xərclərinin azalmasıdır. Əvəzində, ötən mövsümə nisbətən Premyer Liqa klublarında çalışan azərbaycanlı məşqçilərin sayının 83%-dən 94%-dək, habelə həm Premyer Liqa, həm də UEFA oyunlarına bilet satışından ümumi gəlirlərin artması kimi pozitiv nəticələr də var. Qrup üzvləri keçən mövsümün daha bir faktını rəsmiləşdiriblər: statistikaya əsasən, mövsüm ərzində ən böyük azarkeş ordusuna “Kəpəz” klubu sahib olub. Bu komandanın hər ev oyununu orta hesabla 13.369 nəfər Gəncə şəhər stadionunun tribunalarından izləyib.

Bunlar Lisenziyalaşdırma qrupunun üzvlərinin müəyyənləşdirdikləri maraqlı faktlardır. Ancaq hesabatda diqqəti çəkən xeyli məlumat var ki, onlar barədə növbəti yazılarımızda danışacağıq.

 

“Tacsız krallar” və ya “saqqallı uşaqlar”ın top-top oyunu

Xatırlayırsınızsa, bu ilin may ayının 16-da Lisenziyalaşdırma Komissiyası həm Premyer Liqa, həm də UEFA bayrağı altında keçiriləcək yarışlarda iştirak üçün müraciət etmiş klublarla bağlı məlumat yaymışdı. Komissiya klubların mürciət sənədlərini araşdırdıqdan sonra qərara almışdı ki, 6 kluba (AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK,  "Qarabağ" FK, "Qəbələ" İK, "Neftçi" PFK) avrokuboklarda, 8 kluba isə Premyer Liqada iştirak lisenziyası verilsin. Məlumatda o da deyilirdi ki, Premyer Liqanın 2016-2017-ci illər mövsümündə iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməyiblər və onlara 14 gün əlavə vaxt verilmişdi. Ancaq “yeməklə doymayan yalamaqla doymaz” məsəli bu dəfə də keçərli oldu və vədə bitəndə məlum oldu ki, başda Birinci divizionun son mövsümünün qızıl və gümüş medalçısı – “Neftçala” və “Qaradağ Lökbatan” – olmaqla, daha 5 klub (“Şərurspor”, “Xəzər Şuşa-Qarabağ”, “Bakı”, “Turan-T”, “Zaqatala”) Premyer Liqada oynamaq iddiasına düşməklə “ayağını yorğanına görə uzatmayıb”. “Bakı”nın vəziyyəti aydındır, komanda borc içində sağa-sola ləngər vura-vura Birinci divizionda son pilləni tutub burdan da aşağı – həvəskarlar liqasına yuvarlandı. “Xəzər Şuşa Qarabağ” nəinki Premyer Liqa, heç Birinci divizionun tələblərini yerinə yetirə bilmədi və cari mövsümdə iştirakdan məhrum oldu. “Şərurspor”, “Turan-T” və “Zaqatala” isə ötən ilin debütantlarıdırlar. Premyer Liqada oynamağa iddiaları olsa da, hələ o səviyyəyə çatmamalarını başa düşmək mümkündür hardasa. Bəs son mövsümlər, demək olar ki, müxtəlif əyarlı medallar qazanan “Neftçala” ilə “Qaradağ Lökbatan”a nə deməli? Yəni, doğrudanmı, bu klublar, onların rəhbərləri üçün Birinci divizionda medal qazanmaq maksimal hədəfdir, həzdir? Ümumiyyətlə, başa düşmək olmur ki, Premyer Liqada oynamaq üçün lisenziyalaşdırma prosesini keçə biləcək potensialın yoxdursa, aşağı dəstədə baş girələməyin mənası nədir? Axı az-çox, pis-yaxşı pul varsa, Premyer Liqadadır, “aşağı”da qara qəpik yiyəsi də deyilsiniz. Tam bir nonsesdir bu. Hər il futbolçuların Birinci divizionda “döyüşsünlər”, medal qazansınlar, Premyer Liqada oynamaq hüququ qazansınlar və sonda sırf rəhbər olaraq birbaşa sənin səriştəsizliyin ucbatından çəkilən bütün əziyyət yerə vurulsun, qazanılan medallar, kubok sıradan dəmir parçasına çevrilsin. Yazıq deyilmi o futbolçuların tökdüyü tərə, məşqçilərin və digərlərinin çəkdiyi zəhmətə? Yazıq deyilmi sponsorun pullarına, niyə boşuna kül edib göyə sovurursunuz? “Aşağı”dakı “tacsız krallığınız” kimə lazımdır axı? Belə də həzz, belə də oyun olar? Başa düşülməsi çətin, bəlkə də, mümkünsüz olan reallıqlarımızdan daha biridir bu…

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top