Lisenziyaların yenilənmə kursları başqa vaxta keçirildi
05.03.2020 , 16:30

Martın 9-dan 10-dək AFFA tərəfindən keçirilməsi nəzərdə tutulan UEFA-nın “B” və AFFA-nın “C”, həmçinin martın 12-dən 13-dək UEFA-nın “A” və “Pro” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları başqa vaxta keçirilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Kursun keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.
