Bu gün AFFA-nın inzibati binasında “Boulevard Hotel U-15 Liqa”, U-16 Liqa, U-17 Liqa və U-19 Liqada yüksək yerləri tutan komandaların, liqaların ən yaxşı oyunçularının və ən sərrast futbolçuların mükafatlandırma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, mükafatları İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katibin müavini Sərxan Hacıyev təqdim edib.
