Liqa klubları cərimələndi
09.11.2023 , 18:38

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda II Liqanın X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəfa” – “Qusar” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 73.1);
“Şəfa” – “Qusar” görüşünə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 72.4);
“Şəmkir” – “Füzuli” oyununun 90+3-cü dəqiqəsində “Füzuli” klubunun baş məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Füzuli” klubu 150 manat cərimə edilir (maddə 42.3);
“Lerik” – “Göygöl” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilir (maddə 37);
“Lerik” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Lerik” klubu 80 manat cərimə edilir (maddə 51.2);
“Sheki City” – “Kürmük Qax” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);
“Sheki City” – “Kürmük Qax” oyununda “Kürmük Qax” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” klubu 70 manat cərimə edilir (maddə 37).
