Liqa 1 klubu baş məşqçini göndərdi
30.06.2023 , 09:55

“Strasburq” baş məşqçisi Frederik Antonetti ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
61 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Frederik Antonetti bu ilin fevral ayından komandanı çalışdırırdı.
