“Barselona”nın forvardı Lionel Messi İspaniya La Liqasında yeni mövsümün ilk turunda “Atletik”lə görüşdə penaltidən fərqlənə bilmədi.
Korner.az-ın məlumatına görə, AS nəşri bununla bağlı maraqlı statistika hazırlayıb və onu “Real”ın futbolçusu Kriştiano Ronaldo ilə müqayisə edib.
Argentinalı futbolçunun “Barselona”nın heyətində vurduğu 64 penaltidən 14-ü qol olmayıb (22,2% uğursuz cəhd).
Ronaldo isə 10,9% uğursuzluq yaşayıb. Portuqaliyalının 63 zərbəsindən 7-i qolla nəticələnməyib.
