Lionel Messiyə 50 milyon avroluq təklif
04.05.2023 , 14:53
Klubdan icazəsiz Səudiyyə Ərəbistanına gedən və Fransa təmsilçisi tərəfindən heyətdən kənarlaşdırılan Lionel Messi üçün artıq PSJ bitib.
Korner.az xəbər verir ki, “Barselona” Lionel Messiyə yeni təklif hazırlayıb.
Yayılan xəbərə görə, Kataloniya klubu Messiyə 1+1 illik müqavilə və illik 25 milyon avro təklif edəcəyi bildirilir.
Argentinalı ulduzun təklifi qısa zamanda rəsmiləşdirəcəyi gözlənilir.