Bilbao təmsilçisinin qapıçısı Qorka İraysos La Liqasının ilk turunda “Atletik” doğma meydanda “Barselona”ya 0:1 hesabı ilə uduzduğu matçda tarixə düşüb.
Korner.az-ın məlumatına görə, 34 yazşlı qolkiper qarşılaşmanın 31-ci dəqiqəsində qonaq komandanın ulduz futbolçusu Lionel Messinin penalti zərbəsini dəf edib.
Bununla da İraysos Messi və Kriştiano Ronaldonun penaltisini qaytaran ikinci qapıçı olub.
Daha öncə “Valensiya”nın qapıçısı Dieqo Lopes bunu bacarmışdı.
