“Barselona”nın futbolçusu Lionel Messi Argentina millisindəki karyerasını bitirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, ulduz forvard belə açıqlama verib:
“Mən heç vaxt deməmişəm ki, yığma komandada daha oynamayacağam. Mətbuat adamı belə məhv edir… Artıq bu cür xəbərlərə öyrəşmişəm.
Qarşıda yoldaşlıq oyunlarımız var. Baş məşqçi dəvət göndərdiyi müddətcə Argentina millisindəki çıxışımı davam etdirəcəyəm”.
