"Barselona"nın ulduz futbolçusu Lionel Messi uşaq olarkən braziliyalılı futbol əfsanəsi Ronaldo Luis Nazario de Limanın oyunlarını sevə-sevə izlədiyini bildirib.
Korner.az-ın məlumatına görə, 25 yaşlı argenatinalı futbolçu "FourFourTwo'" nəşrinə müsahibə verərkən bunları deyib:
"Ronaldo mənim qəhrəmanımdı. İndiyə kimi gördüyüm ən yaxşı topa zərbə vuran futbolçu məhz odur. Çox sürətli, heç nədən qol epizodu yaradan futbolçu idi. Rivaldo, Ronaldinyo və Zidanın da, oyununu daim izləyirdim və onları da bəyənirəm. Lakin Ronaldo mənim kumirimdi və mənim üçün ən güclü hücumçu o, idi".
