“Lion”dan Almaniya klubuna
02.01.2025 , 23:30
Almaniyanın “Hoffenhaym” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa klubu “Lion”dan Gift Orbanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Hoffenhaym” nigeriyalı forvard üçün Fransa klubuna 9+3 milyon avro təzminat ödəyəcək.