“Lion” heyətini onunla gücləndirdi
15.01.2025 , 19:53

“Lion” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Botafoqo”dan Tiaqo Almadanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Lion”da çıxış edəcək.
