Fransa 1-ci Liqasında mübarizə aparan “Lion” “Atletiko”nun (Madrid) Aleksandr Lakazet üçün göndərdiyi təklifi qəbul etməyib.
Korner.az-ın məlumatına görə, bu haqda RMC xəbər yayıb.
Qeyd edilir ki, “Atletiko” hücumçu üçün 40 milyon avroluq təklif göndərib. Futbolçu Madrid təmsilçisində oyanamağa müsbət yanaşsa da, “Lion” təklif olunan məbləğin az olduğunu bildirib.
Xatırladaq ki, 25 yaşlı oyunçu bu mövsüm 41 rəsmi matça 31 qol vurub.
