“Linkoln” – “Qarabağ” oyununa necə baxaq?
23.07.2024 , 10:48

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları start götürəcək.
Korner.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” da turnirdə ilk matçına çıxacaq.
Səfərdə Cəbəllütariq “Linkoln”u ilə qarşılaşacaq “köhlən atlar”ın matçı canlı yayımlanacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı azarkeşlər CBC Sport kanalı vasitəsi ilə canlı izləyə biləcəklər.
