“Linkoln” – “Qarabağ” matçının hakim təyinatları
18.07.2024 , 15:50

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüşün baş hakimi İstvan Vad olacaq.
Ona Vencel Tot və İştvan Albert köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Bence Şonka yerinə yetirəcək.
İyulun 23-də “Europa Point Stadium” keçiriləcək “Linkoln” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
