“Linkoln” – “Qarabağ” matçı üçün hakim təyinatları
27.06.2023 , 15:34

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqdə keçiriləcək “Linkoln” – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Referi Vitalijs Spasjonnikovs olacaq. Ona yan xətt hakimləri qismində Raymonds Tatriks və Arturs Sakurovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs yerinə yetirəcək.
İyulun 11-də “Viktoriya” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
