“Lill”dən “Roma”ya?
23.06.2025 , 17:00

“Roma”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Lill”in yarımmüdafiəçisi Arnar Haraldssonu heyətinə cəlb etmək istəyir.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, islandiyalı futbolçunun İtaliya klubu ilə razılığa gəldiyi bildirilib.
“Roma” 22 yaşlı oyunçunun transferi üçün 18 milyon avrosundan keçməlidir.
