“Lill”dən İspaniya klubuna?
09.10.2024 , 12:10

“Lill”in futbolçusu Tyaqo Santoş karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, portuqaliyalı müdafiəçinin xidmətində “Barselona” maraqlıdır.
Bu barədə xarici KİV məlumat yayıb.
22 yaşlı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
