“Lill”dən getmək qərarına gəldi
26.09.2024 , 10:55
Conatan Deyvid “Lill”də qalmaq istəmir.
Korner.az-ın məlumatına görə, təcrübəli hücumçu Fransa karyerasını sonlandırmaq niyyətindədi. O, İngiltərənin “Nyukasl” klubunun maraq dairəsinə düşüb. Təklifləri çox olan forvard qərar verməkdə tələsmir.
Qeyd edək ki, Deyvidin “Lill” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.