Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Lill” bir futbolçusunu icarəyə göndərib.
Korner.az-ın məlumatına görə, Fransa təmsilçisinin hücumçusu Lenni Nangis “Bastiya”ya göndərilib.
Komandalar arasındakı razılığa əsasən, Nangis qarşıdakı mövsümü icarə əsasında “Bastiya”da keçirəcək.
Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsümdən “Lill”in formasını geyinir. O, bu komandanın heyətində Fransa çempionatında 10 oyunda iştirak edib.
