“Lids”də yeni baş məşqçi
05.07.2023 , 11:18

İngiltərənin “Lids” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, qarşıdakı mövsümü Çempionşipdə keçirəcək bu komandanı Daniel Farke çalışdıracaq.
Bu yay Mönhenqladbah “Borussiya”sından ayrılan 46 yaşlı alman mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Farke 2022-ci ilin iyulundan “Borussiya”ya rəhbərlik edirdi.
