Topaz Premyer Liqasının XXI turunda “Qəbələ”ni qəbul edəcək “İnter”in heyətində itki var.
Korner.az-ın məlumatına görə, baş məşqçi Zaur Svanadze liderlə oyunda Fuad Bayramovun xidmətindən istifadə edə bilməyəcək. Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub.
Belə ki, XX turda “Qarabağ”la oyunda sarı vərəqə alan Bayramov cari mövsümdə 8-ci “sarı”sını alaraq ikini dəfə cəzalı duruma düşüb.
