Liderlə autsayder fərqli qütblərdə
27.03.2020 , 10:42

Azərbaycan Premyer Liqasının 20 turunun 80 oyununu 80 min 630 tamaşaçı izləyib.
Korner.az xəbər verir ki, bu qarşılaşmalarda orta göstərici 1008-ə bərabər olub.
Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.
Ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.
1 | Qarabağ | 16600 | 10 | 1660 |
2 | Sabah | 11950 | 9 | 1328 |
3 | Neftçi | 14000 | 11 | 1273 |
4 | Sumqayıt | 11500 | 10 | 1150 |
5 | Keşlə | 8400 | 10 | 840 |
6 | Zirə | 7400 | 10 | 740 |
7 | Səbail | 6750 | 10 | 675 |
8 | Qəbələ | 4030 | 10 | 403 |
Cəmi | 80630 | 80 | 1008 |
