Azərbaycan Birinci Divizionun lideri “Araz Naxçıvan”ı dəstəklıəyən “Nəqşicahan” fan-klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.
Korner.az-ın fan-klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, iclasda bir çox məsələlər müzakirə edilib və bəzi qərarlar qəbul olunub.
“Nəqşicahan” AAK İH-nin sədr müavini Cəfərqulu Süleymanov, və üzvləri Tahir Zeynalov və Yanuş Romanenko fanklubdan uzaqlaşdırılıblar.
İdarə Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi növbəti iclaslarda baş tutacaq.
