Liderdən xal itkisi
22.12.2018 , 19:41

“Başakşəhər” Türkiyə Superliqasında növbəti oyununu keçirib.
Ölkə çempionatının lideri 17-ci turda səfərdə “Alanyaspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
“Alanyaspor” – “Başakşəhər” – 1:1
Qollar: Edin Viska, 41 (0:1), Fernandes, 63 (1:1)
Turnir cədvəlinə 35 xalla “Başakşəhər” başçılıq edir. “Yeni Malatayspor” 28 xalla ikincidir.”Beşiktaş”,”Trabzonspor”, “Qalatasaray”, “Kasımpaşa”, “Antalyaspor” 26 xalla (16 oyundan) 2-7-ci pillələri bölüşdürür.
