Liderdən qələbə, “Turan Tovuz” səfərdə məğlub oldu
17.04.2023 , 18:48

Bu gün Azərbaycan I Divizionunda XXV tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Lider “Araz Naxçıvan” bu turda MOİK səfərindən qələbə ilə dönüb. “Kəpəz”in əvəzedici komandası “Zaqatala”ya, “Turan Tovuz-2” isə “Qaradağ Lökbatan”a uduzub.
I Divizion
XXV tur
17 aprel
MOİK – Araz Naxçıvan – 1:2
Qollar: Muxtar Nəzərli, 86 – Fərid Kərimzadə, 21, Xəyal Tomarov, 62
Zaqatala – Kəpəz-2 – 2:0
Qollar: Cəlal Cəbrayılov, 20, Bəhruz Teymurov, 61 (pen.)
Qaradağ Lökbatan – Turan Tovuz-2 – 3:0
Qollar: Ceyhun Muxtarlı, 2, Mehdi Həşimov, 28, Urfan İsmayılov, 55
Mingəçevir – Qəbələ-2 – 1:0
Qol: Tural Məmmədzadə, 45+1
