Lider və “Qarabağ”dan qələbə
08.03.2023 , 17:43

Bu gün Azərbaycan I Divizionunda XX tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma baş tutub.
“İmişli” evdə “Qaradağ Lökbatan”ı məğlub edib. “Qarabağ”ın əvəzedici komandası “Səbail”in ikinciləridən üstün olubsa, “Sumqayıt-2” lider “Araz Naxçıvan”a uduzub.
I Divizion
XX tur
8 mart
İmişli – Qaradağ Lökbatan – 1:0
Qol: Comərd Baxşəliyev, 77
Qarabağ-2 – Səbail-2 – 2:0
Qollar: Nurlan Şabanov, 73, 77 (pen.)
Sumqayıt-2 – Araz Naxçıvan – 1:3
Qollar: Alya Ture, 54 – Ege Atlam Adnan, 41, Fəhmin Muradbəyli, 47, Orxan Əliyev, 77
