"Simurq" Topaz Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabah “Sumqayıt”ın qonağı olacaq komanda Bakıda Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda növbəti məşqinə çıxıb. İki saata yaxın davam edən hazırlıq prosesindən sonra Zaqatala təmsilçisi məskunlaşdığı otelə yollanıb.
Zaqatalalılar növbəti məşqini oyunun keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Qeyd edək ki, “Simurq” bu həftə kubokda qalib gəldiyi AZAL-la Bakıda oynadıqdan sonra paytaxtda qalıb.
