Bu gün Topaz Premyer Liqasında III dövrəyə start verilib.
Korner.az-ın məlumatına görə, bir aydan artıq davam edən qış fasiləsindən sonra komandalar yenidən mübarizəyə qoşulub.
XIX turun ilk oyun günündə bir qarşılaşma baş tutub. Turnir cədvəlinin lideri "Qarabağ" mərkəzi stadionda "Xəzər Lənkəran"ı qəbul edib.
17:00.“Qarabağ” – “Xəzər Lənkəran” 0:1
Qol: Skarlatake, 49
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
